Azərbaycanda bu pensiyaçılar daha çox vəsait ala biləcəklər

Azərbaycanda işləyən pensiyaçılar da daha çox pensiya ala
biləcəklər.

AzerTimes-ın məlumatına görə, bununla bağlı “Əmək pensiyaları
haqqında” qanuna dəyişikliklər təklif edilir.

Dəyişiklikləri AzerTimes-a şərh edən Milli Məclisin deputatı Vüqar
Bayramov bildirib ki, işləyən vətəndaşların pensiyalarının
hesablanması qaydasında da dəyişikliklər olacaq.

“Belə ki, təklif olunan yeni redaktəyə əsasən, yaşa görə əmək
pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta
hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, yenidən
hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım
hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir.

Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdik­də və
ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən
hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası
avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Bu zaman sığorta və
yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi
müddəti aylarının sayı pensiya təyin edildikdən, yaxud yenidən
hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan
çox olmamaqla azaldılır.

Bu dəyişikliklərin mahiyyətini sadə dildə izah etsək, işləyən
pensiyaçıların yığımı avtomatik olaraq 6 ildən sonra hesabalanaraq
pensiya məbləğinə əlavə olunacaq. Bununla da, pensiya onların
müraciəti olmadan yenidən hesablanacaq və pensiya məbləği
artırılacaq. Pensiya ödəniş müddəti isə 12 il (və ya 144 ay) deyil,
işlədiyi ayların sayı qədər, amma ən çox 6 il (və ya 72 ay)
azaldılacaq”, – deyə deputat əlavə edib.

Teqlər: