Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda xüsusi təyinatlı qida məhsullarının və bioloji
aktiv qida maddələrinin təhlükəsizliyinə dair yeni tələblər müəyyən
edilir.
AzerTimes-ın
məlumatına görə, bu barədə məsələ “Qida təhlükəsizliyi” haqqında
yeni qanun layihəsində əksini tapıb.
Qanun laytihəsinə əsasən, xüsusi təyinatlı qida məhsullarına
aşağıdakılar aiddir:
uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç
yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş qida
məhsulları;
gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən
kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün
istifadə edilən diyetik qida məhsulları;
insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə
şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida
rasionlarında istifadə olunan müalicəvi-profilaktik qida
məhsulları.