Azərbaycanda bu kənd satışa çıxarıldı – Video

Azərbaycanda bu kənd satışa çıxarıldı – Video

Sosial şəbəkələrdə Gədəbəyin kəndlərindən birinin satışa çıxarıldığı haqda elan xarakterli paylaşım yayılıb.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, şəbəkə istifadəçilərindən biri video çəkərək, kəndin topdan satışa çıxarıldığını bildirib.

Məlum olub ki, sakinlər kütləvi şəkildə Bakıya, başqa şəhərlərə köçdükləri üçün evlərin 95 faizi boş qalıb. Hazır evlərin min-üç min manat arası satışa çıxarıldığı bildirilir.

Videoda Eyvaz adlı kənd sakininin çıxışı da yer alır. O bildirir ki, evlərin sahibləri mülklərini satmağı ona həvalə ediblər.

Videonu təqdim edirik.

Teqlər: