Sülhməramlılar aksiya ərazisindən maneəsiz keçdi

Sülhməramlılar aksiya ərazisindən maneəsiz keçdi

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

AzerTimes xəbər verir ki, Xankəndidən Laçın istiqamətə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus təminat və minik avtomobilləri aksiya ərazisindən maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Teqlər: