Azərbaycanda bu il daşınan sərnişinlərin sayı açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-avqust aylarında nəqliyyatçılar 744,5 milyon sərnişinə xidmət göstəriblər.

AzerTimes-ın məlumatına görə, sərnişinlərin 95,8 faizi avtomobil nəqliyyatı, 3,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Avtomobil nəqliyyatı ilə 2021-ci ilin yanvar-avqust aylarında 713,6 milyon sərnişin, dəmir yolu nəqliyyatı ilə 1 milyon 533,3 min, dəniz nəqliyyatı ilə 10,4 min, metro ilə 28,7 milyon, hava nəqliyyatı ilə 687,2 min sərnişin daşınıb.


Twitter: @ElchinMehdiyev

Teqlər: