Azərbaycanda bu dövlət rüsumu ləğv edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

“Dövlət rüsumu haqqında” qanuna daha bir dəyişiklik edilir.

AzerTimes-ın məlumatına görə, qanuna təklif edilən dəyişikliyə əsasən, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsimləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmayacaq.

Qanuna təklif edilən dəyişiklik Milli Məclisin oktyabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.


Twitter: @ElchinMehdiyev

Teqlər: