Azərbaycanda Böyük Britaniyanın Ticarət palatası açılıb

Mayın 21-də Bakıda Böyük Britaniyanın Ticarət palatası açılıb.

AzerTimes-ın məlumatına görə, açılış mərasimində Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri və Dövlət Katibinin Parlamentdəki nümayəndəsi Qrehem Stüart və Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp iştirak ediblər.

Mərasim zamanı qeyd olunub ki, Böyük Britaniya Azərbaycanda ən iri investorlardan biri olaraq qalacaq.

Ticarət palatasının Azərbaycan məhsullarının Böyük Britaniyaya ixracının artımına xidmət edəcəyi gözlənilir.


Teqlər: