Azərbaycanda bizi hər zaman mehribanlıqla qarşılayırlar – Qazaxıstanlı qızıl medalçılar

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycanda bizi həmişə mehribanlıqla və qonaqpərvər
qarşılayırlar.

Bunu AzerTimes-a Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci
Dünya Çempionatının kişi cütlüyü tərkibində qızıl medalçıları Vadim
Şulyar və Daniel Dil deyiblər.

Xatırladaq ki, onlar balans hərəkətləri proqramında qızıl medal,
temp və kombinə hərəkətlərdə gümüş medal qazanıblar.

“Çempionatdan təəssüratlar unudulmazdır, emosiyalar çoxdur,
xüsusən də qızıl medal qazandıqdan sonra. Biz inadla bu mükafata
doğru getdik – məşq etdik, hazırlaşdıq və indi bu gözəl nəticəyə
nail olduq. Bütün iştirakçılar layiqli rəqibdirlər, ona görə də
rəqabət güclü idi”, – deyə idmançılar bildirib.

Gimnastlar bildiriblər ki, Bakıda böyük beynəlxalq yarışların
təşkili həmişə yüksək səviyyədə baş tutur.

“Biz Bakıya birinci dəfə deyil ki gəlirik, burada Dünya
Kubokunda iştirak etmişik. Bakıda təşkil olunan yarışlardan həmişə
çoxlu müsbət təəssüratlar olur”, – deyə gimnastlar əlavə edib.

Teqlər: