Azərbaycanda bir sıra iri şirkət ləğv edilir

Xəbər - Zeyni Cəfərov – Trend:

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə tabe olan bir sıra şirkətlər ləğv edilir.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, “Azərşüşətara” MMC, “Azərtütün”, “Bakı Ayaqqabı”, “Mingəçevir İzolit”, “Şəki Heyvandarlıq”, “Şəki Kərpic İstehsalı”, “Şəki İpək İstehsalı”, “Şəki Ət və Süd Məhsulları” və “Azərpambıq” ASC ləğv olunur.

Kreditorlar iki ay ərzində öz tələblərini AZ1006, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 125 ünvanı üzrə irəli sürə bilər.


Xatırladaq ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC Azərbaycan Prezidentinin 6 noyabr 2017-ci il tarixli fərmanı ilə təsis edilib.

Twitter: @jafarov_zeyni

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: