Daxili İşlər Nazirliyi (DİN) martın 26-da və 27-də daxili işlər
orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında
statistik məlumat yayıb.
DİN-in mətbuat xidmətindən verilən Trend-ə məlumata görə,
respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün
ərzində törədilmiş 82 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin
olunub.
Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən borclu
şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş
verib, nəticədə 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 44,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb.