Azərbaycanda avtomobil benzinin istehsalı azalıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda avtomobil benzinin istehsalı 5,3 faiz azalıb.

AzerTimes-ın məlumatına görə, qeyd olunan müddət ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 977,0 milyon manat olmaqla, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 5,5 faiz artıb.

Neft məhsullarından sürtkü yağlarının istehsalı 79,6 faiz, neft-kimya sənayesindəistifadə üçün benzinin istehsalı 53,0 faiz, neft koksunun istehsalı 18,3 faiz, neft bitumunun istehsalı 10,4 faiz, dizel yanacağının istehsalı 10,0 faiz artıb, ağ neftin istehsalı 4,0 faiz, yanacaq mazutunun istehsalı isə 37,8 faiz azalıb.


Teqlər: