“InvestBaku” yeni investisiya platformasını işə salacaq.
Trend-in
məlumatına görə, bunu “InvestBaku”nun icraçı direktoru Cavid
Mustafayev Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda
deyib.
Onun sözlərinə görə, “EU-Azerbaijan Networking System” iyunun
10-dan etibarən Azərbaycanda işə düşəcək.
O əlavə edib ki, Avropa biznes ictimaiyyətinin platforması
Azərbaycanda Aİ şirkətləri ilə təmas qurmaq, yerli tərəfdaş və
podratçılar tapmaq, biznesə dəstək infrastrukturlarına çıxış əldə
etmək və keçirilən tenderlər barədə məlumatlar əldə etməyə imkan
verəcək.
(Tərcümə: Orxan Nəbiyev)