Azərbaycanda artıq 3 deyil, 5 və daha çox uşaqlı analar çoxuşaqlı sayılacaq – QƏRAR

Azərbaycanda artıq 3 deyil, 5 və daha çox uşaqlı analar çoxuşaqlı analar sayılacaq.

AzerTimes xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda etdiyi dəyişikliklə bağlı qərarda öz əksini tapıb.


Çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı tələb olunacaq.

Teqlər: