Azərbaycanda alkoqollu içkilərin aksiz dərəcələri artırıldı

Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri
artırılıb.

Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli
Əsədov imzalayıb.

Sənədə əsasən, denaturasiya olunmamış etil spirti (80 həcm faiz
və ya çox spirt qatılığı ilə), həcm faizi 80-dən az qatılığı olan
denaturatlaşdırılmamış etil spirtinin aksiz dərəcəsi 5,2 manatdan 6
manata qaldırılıb.

Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi
nəticəsində alınan spirtli tinkturaların aksiz dərəcələri 7,2
manatdan 8 manata çatdırılıb.

Cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilər
üçün aksiz dərəcəsi 11,2 manatdan 12 manatadək artırılıb.

Teqlər: