Azərbaycanda 865 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
865 yeni yoluxma faktı qeydə alınıb, 2 044 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata
görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16
nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 787 367 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 769 746 nəfər müalicə olunaraq
sağalıb, 9 454 nəfər vəfat edib, aktiv xəstə sayı 8 167
nəfərdir.


Ölkədə son sutka ərzində 8 487, hazırkı dövrədək isə 6 572 316
test aparılıb.

Teqlər: