Azərbaycanda 832 yeni seçki məntəqəsi yaradıldı

Azərbaycanda 832 yeni seçki məntəqəsi yaradıldı

Azərbaycanda 832 yeni seçki məntəqəsi yaradılıb.

AzerTimes xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, 832 yeni seçki məntqəsi 103 seçki dairəsində yaradılıb.

R.Qasımov bildirib ki, bununla da Azərbaycanda 6 274 ümumi seçki məntəqəsi fəaliyyət göstərəcək.

R.Qasımov əlavə edib ki, qanunvericiliyə əsasən, bir seçki məntəqəsində ən azı 50, ən çoxu 150 seçici ola bilər.

Teqlər: