Azərbaycanda 8 milyon manatlıq mənimsədə günahlandırılan xarici şirkət rəhbəri həbs edildi

Xəbər - Samir Əli – Trend:

Azərbaycanda fəaliyyət göstərən xarici şirkət rəhbəri həbs
edilib.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, “THALES
İNTERNATİONAL WESTERN COUNTRİES B.V.” transmilli korporasiyasının
Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində
işləmiş Şahan Mehmet Mehmetali oğlunun 2014-2021-ci illər ərzində
vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin
fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə
həmin Şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8
milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi
qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə
xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması
yolu ilə mənimsəməsinə, habelə həmin məqsədlə rəsmi sənədlərə
bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı
törətməsinə əsaslı şübhələr yaranmışdır.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində başlanmış cinayət işi üzrə Şahan Mehmet Mehmetali
oğluna Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə
xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda)
və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan
edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilmişdir.


Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Teqlər: