Azərbaycanda 5948 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
5948 yeni yoluxma faktı qeydə alınıb, 7060 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata
görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər
29 vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 738328 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 679316 nəfər müalicə olunaraq
sağalıb, 9027 nəfər vəfat edib, aktiv xəstə sayı 49985
nəfərdir.

Ölkədə son sutka ərzində 19844, hazırkı dövrədək isə 6372838
test aparılıb.

Teqlər: