Dövlət sərhəddinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin
qarşısının alınmasına yönəldilmiş tədbirlər nəticəsində 2021-ci il
ərzində 323 halda 456 sərhəd pozucusu saxlanılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci
ildə fəaliyyəti haqqında icmal hesabatda deyilir.
Qeyd edilib ki, sərhədboyu rejim qaydalarını pozduğu üçün 3318
halda 4545 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər
görülüb.
Qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində
dövlət sərhəddini pozmağa cəhd edən 11 nəfər qeyri-leqal miqrant
saxlanılıb, onlara bələdçilik edən 3 nəfər məsuliyyətə cəlb
edilib.