Azərbaycanda 433 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 433 yeni
yoluxma faktı qeydə alınıb, 1531 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata
görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 788 958 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 774 246 nəfər müalicə olunaraq
sağalıb, 9500 nəfər vəfat edib, aktiv xəstə sayı 5212 nəfərdir.


Ölkədə son sutka ərzində 7530, hazırkı dövrədək isə 6 593 522
test aparılıb.

Teqlər: