Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl
rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə
tutulur.
Trend xəbər verir ki, bunu “Azərbaycanda kəhriz su sistemlərinin
bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə
kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr olunmuş
beynəlxalq konfransda Qaçqınların və Məcburi Köçkünlərin İşləri
Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
“Münaqişənin ilk illərində beynəlxalq təşkilatlar qaçqın və
məcburi köçkünlərə böyük dəstək göstərib. Bu istiqamətdə BMT
təsisatlarının, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatının
fəaliyyəti xüsusi ilə diqqətəlayiqdir və onların məcburi
köçkünlərlə bağlı fəaliyyəti yüksək qiymətləndirilir. 1999 – cu
ildən Beynəlxalq Miqrasiya Təşkilatının müxtəlif donor təşkilatları
ilə birgə Azərbaycandakı kəhrizlərin bərpası ilə bağlı layihə hayat
keçirilir. Bu günədək, ümumilikdə kəhrizlərin bərpası ilə əlaqədar
10 layihə icra edilib. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan
nümayəndəliyinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA)
maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su
sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı
ərazilərdə kənd yerlərinin kompleks inkişafi” layihəsi də
bunlardandı. Layihə çərçivəsində məcburi köçkünlərin də sıx
maskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax,
Goranboy və Göygöl rayonlarının ərazisində 40 – a yaxın kəhrizin
bərpası nəzərdə tutulur. Layihənin icrası nəticəsində 8 min
soydaşımızın, eləcə də məcburi köçkünlərin məskunlaşdığı icmalarda
həyat şəraiti və su təminati yaxşılaşdırılacaq” ,- sədr müavini
deyib.