Azərbaycanda 4 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
4 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 562 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 761
nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə
sayı 92 nəfərdir.

Ölkədə son sutka ərzində 3104, hazırkı dövrədək isə 6 814 486
test aparılıb.

Teqlər: