Azərbaycanda 4 449 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 449 yeni
yoluxma faktı qeydə alınıb, 9 372 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata
görə, analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 764 202 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 713 324
nəfər müalicə olunaraq sağalıb, 9 157 nəfər vəfat edib, aktiv xəstə
sayı 41 721 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqədar 14 558, ötən müddət ərzində isə ümumilikdə 6 447 062
test aparılıb.

Teqlər: