Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
276 yeni yoluxma faktı qeydə alınıb, 808 nəfər müalicə olunaraq
sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış 16 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 789 757 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 776 514 nəfər müalicə olunaraq
sağalıb, 9 547 nəfər vəfat edib, aktiv xəstə sayı 3 696
nəfərdir.
Ölkədə son sutka ərzində 4 142, hazırkı dövrədək 6 607 460 test
aparılıb.