Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 270 yeni
yoluxma faktı qeydə alınıb, 564 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata
görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 790 153 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 777 960 nəfər müalicə olunaraq
sağalıb, 9 575 nəfər vəfat edib, aktiv xəstə sayı 2 618
nəfərdir.
Ölkədə son sutka ərzində 6 356, hazırkı dövrədək isə 6 617 758
test aparılıb.