Azərbaycanda 24 il axtarışda olan şəxs saxlanıldı

Azərbaycanda 24 il axtarışda olan şəxs saxlanıldı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində 1998-ci il yanvar ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə axtarış elan edilmiş Rizvan Həsənov Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Qeyd edək ki, həmin şəxs axtarışdan yayınmaq üçün bu illər ərzində vaxtaşırı olaraq yaşadığı ünvanları dəyişib.

Teqlər: