Azərbaycanda bu gün koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 717 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, son sutkada 9 nəfər “COVID-19”dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 332 454 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 320 708 nəfər müalicə olunaraq sağalıb, 4 860 nəfər vəfat edib, aktiv xəstə sayı 6 886 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 211, ötən müddət ərzində isə ümumilikdə 3 453 244 test aparılıb.