Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son
sutkada 1512 yoluxma faktı qeydə alınıb, 3698 nəfər müalicə
olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata
görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 784 min 260 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 761 min 590
nəfər müalicə olunaraq sağalıb, 9378 nəfər vəfat edib. Aktiv xəstə
sayı 13 min 292 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə
əlaqədar 12 min 122, bu günə qədər isə ümumilikdə 6 milyon 543 min
255 test icra olunub.