Azərbaycanca kitablar sərgidən yığışdırıldı

Azərbaycanca kitablar sərgidən yığışdırıldı

Təhlükəsizlik məmurları Tehranda keçirilən kitab sərgisində azərbaycanlı nəşriyyatçıların nümayiş etdirdikləri kitabları yığışdırıblar.

AzerTimes xəbər verir ki, bu barədə güneyli mədəni fəal və şair Səid Muğanlı məlumat verib.

Onun sözlərinə görə, “Bayatılar”, “Azərbaycan nağılları”, “Nəsimi divanı”, “Bağlama pəncərəsi”, “Turan tarixi”, “Səməd Behrənginin nağılları”, “Azərbaycan coğrafiyası” və professor Məhəmmədtağı Zehtabiyə aid olan bütün kitablar sərgidən götürülüb.

Yerli fəallar panfarsist cərəyana mənsub olan və “Azəri” qruplaşmasının Azərbaycan naşirlərinin kitablarının müsadirə olunmasında əhəmiyyətli rol oynadığını bildirib. Onların sərgidə iştirak edən kitabların siyahısını tutaraq, təhlükəsizlik idarəsinə verdiyi deyilir.

Müsadirə olunan kitabların hamısı icazə ilə qanuni şəkildə nəşr olunub.

Xatırladaq ki, 335-ci Tehran Beynəlxalq Kitab Sərgisi mayın 8-də başlayıb, mayın 18-ə kimi davam edəcək.

Teqlər: