“Azərbaycana xoş gəlmisiniz” lövhəsi erməniləri təşvivə salıb (FOTO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistanın Qafan şəhəri ilə Azərbaycanla sərhəddə yerləşən kəndləri birləşdirən yol kənarında quraşdırılan “Azərbaycana xoş gəlmisiniz” lövhəsi ermənilər arasında qorxu və təşviş yaradıb.

AzerTimes-ın məlumatına görə, lövhənin şəklini Ermənistanın ombudsmanı Arman Tatoyan öz “Facebook” səhifəsində paylaşıb.

O bildirib ki, son zamanlar yerli sakinlərdən bununla bağlı çoxlu sayda zənglər daxil olub. Onlar hər gün Azərbaycanın dövlət rəmzlərini görməyə məcbur olduğunu deyib.

Teqlər: