Azərbaycanda İsrail vətəndaşı ölüb.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə avqustun 28-də Abşeron rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1952-ci il təvəllüdlü, İsrail vətəndaşı Xoroşin Lev Moiseyeviç ailəsi və dostları ilə icarəyə götürdüyü “Mersedes-Benz Sprinter” markalı avtomobil ilə Quba rayonundan istirahətdən qayıdarkən özünü pis hiss edib. Quba-Bakı yolunun 23 km yerləşən Saray YPX Postuna çatanda yaxınlarının təcili tibbi yardım xidmətini çağırmalarına baxmayaraq, saat 23:30-da avtomobildə ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.