Azərbaycana daha 5 minaaxtaran it gətirildi

Azərbaycana daha 5 minaaxtaran it gətirildi

Son bir neçə gündə mina axtarışlarına dəstək verilməsi üçün təlim keçmiş daha 5 it gətirilib.

AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

“2021-ci ildə ABŞ-ın Marşal İrsi institutu ilə razılaşma imzalanıb və həmin razılaşmada nəzərdə tutulan son 5 it artıq Azərbaycandadır. Bundan əlavə, yenidən ölkəyə təlim keçmiş itlərin gətirilməsi nəzərdə tutulur”, – V.Süleymanov əlavə edib.

Teqlər: