Azərbaycan-Yunanıstan əməkdaşlığın daha da inkişafını gözləyirik – XİN

Bu gün Azərbaycan və Yunanıstan arasında diplomatik əlaqələrin
qurulmasının 30 ili tamam olur.


Trend
-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər
Nazirliyinin “Twitter” səhifəsindəki paylaşımında deyilir.

“Bu münasibətlə Yunanıstan Respublikasının hökumətinə və xalqına
ən xoş arzularımızı göndəririk. Azərbaycan-Yunanıstan əməkdaşlığın
daha da inkişafını gözləyirik”, – paylaşımda qeyd olunur.

Teqlər: