Azərbaycan yığmasında xarakter problemi var – De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya
mətbuatına müsahibə verib.

Trend “TMW Radio”ya istinadən xəbər verir ki, italyan mütəxəssis
yığmanın yoldaşlıq oyunlarada Latviya və Maltaya uduzmasından söz
açıb:

“Problem vaxtımızın az olmasıdır. Hazırlıq dönəmində Malta və
Latviya ilə qarşılaşdıq və hər ikisini 0:1 hesabıyla uduzduq. Çox
günümüz olmasa da, yeni bir sistem yoxladıq”

De Byazi Azərbaycan milli komandası ilə Albaniya yığmasını da
müqayisə edib:

“Albaniya millisi yaxşıdır, keyfiyyətləri var. Mənim komandamda bir
şeylər əskikdir. Bəzilərini düzəltməyə çalışırıq. Mənə verilən
vaxta qədər çalışacam. Burada başqa problem də var. Bu,
xarakterdir. Azərbaycan yığmasında xarakter problemi var. Hər dəfə
uduzursansa, daha az təslim olmalı, xarakter ortaya qoymalısan.
Hələ buna təsir edə bilmirəm. Ruhumu qorxaq bir komandaya verə
bilmirəm”.

Teqlər: