Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)

28 mart – Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanları
əməkdaşılarının peşə bayramı ilə əlaqədar “Alyans” Azərbaycan
Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvləri
Fəxri Xiyabanda təhlükəsizlik orqanlarının ilk azərbaycanlı
generalı, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ümummilli Liderin məzarı önünə əkil və gül dəstələri qoyulub,
əziz xatirəsi anılıb. Daha sonra tədbir iştirakçıları görkəmli
oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət
ediblər.

Tədbirdə çıxış edən natiqlər general-mayor Heydər Əliyevin
yüksək peşəkarlıqla keçirdiyi əməliyyatlar, onun rəhbərliyi
dövründə təhlükəsizlik orqanlarının nailiyyətləri, o cümlədən Ulu
Öndərin göstərişi ilə peşəkar azərbaycanlı kadrların hazırlanması
istiqamətində görülmüş işlər haqda danışıblar.

Teqlər: