Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedəcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanla Qətər arasında viza tələbi aradan qaldırılır.

AzerTimes-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Teqlər: