Azərbaycan vətəndaşları bu ölkəyə buraxılmır – Şok

Azərbaycan vətəndaşları bu ölkəyə buraxılmır – Şok

Yunanıstan qeyri-rəsmi olaraq yalnız Türkiyə və Azərbaycan vətəndaşlarına Cənubi Kiprə getməyi qadağan edir.

AzerTimes xəbər verir ki, bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, jurnalist Yadigar Məmmədli məlumat verib.

Yadigar Məmmədli bildirib ki, oktyabrın 19-da Avropa Mətbuat Şuraları Alyansının (AİPCE) Cənubi Kiprdə keçirilən illik toplantısına qatılmaq üçün Afinaya yollanıb:

“Amma orda yunan Kiprinə söylədiyim səbəb üzündən buraxılmadım. Afina hava limanında 5 saatlıq mücadiləm də müsbət nəticə vermədi. Məsələyə məni dəvət edən tərəfin, Avropa Mətbuat Şuralarının müdaxilə etməsinin də xeyri olmadı”.

Teqlər: