Azərbaycan və Yaponiya iqtisadi əməkdaşlığı üzrə Dövlət Komissiyasının hazırlıq görüşü keçirilib

Azərbaycan-Yaponiya İqtisadi Komissiyasının həmsədri, “İtochu”
korporasiyasının vitse-prezidenti Yoşihisa Suzuki, Azərbaycanın
Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Yaponiyanın Azərbaycandakı
səfiri Vada Cuniçi və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar
Babayevin iştirakı ilə Azərbaycan və Yaponiya arasında iqtisadi
əməkdaşlıq üzrə Dövlət Komissiyasının videokonfrans formatında
hazırlıq görüşü keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzerTimes-a bildirilib
ki, görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın
perspektivləri müzakirə olunub.

Görüş zamanı 2022-ci ilin payızında Azərbaycan və Yaponiya
arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci
iclasının keçirilməsinə qərar verilib.

Teqlər: