Azərbaycan və Türkiyənin iştirakı ilə birgə təlim başladı – Video

Azərbaycan və Türkiyənin iştirakı ilə birgə təlim başladı – Video

Təsdiq olunmuş plana əsasən Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Alpan-2023” birgə təlimi keçirilir.

Bu barədə AzerTimes-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, ölkəmizdə keçirilən təlimin ssenarisinə əsasən aviasiya vasitələri bazalanma aerodromlarından uçuşlar həyata keçirərək şərti düşmənin hava hücumundan müdafiə, komanda idarəetmə məntəqəsi və cəmləşmə obyektlərinin uzaq və yaxın məsafədən məhvetmə tapşırıqlarını və digər epizodları icra ediblər.

Təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılmasıdır.

Teqlər: