Azərbaycan və Türkiyənin birgə Hidrogen Araşdırmaları İnstitutunun yaradılması təklif edilir

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycan və Türkiyənin birgə Hidrogen Araşdırmaları İnstitutunun yaradılmasını təklif edəcəyik.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Biznes Forumun (IBF) prezidenti, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təsisçisi Erol Yarar Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və MÜSİAD-ın birgə mətbuat konfransı zamanı deyib.

“Bildiyiniz kimi qarşıdakı 20-30 il ərzində neftdən əldə olunan enerjinin azaldılması nəzərdə tutulur. Amma neftin yerinə hidrogen enerjisindən istifadə edilməsi gündəmdədir. Bu baxımdan Azərbaycan və Türkiyənin birgə Hidrogen Araşdırmaları İnstitutunun yaradılmasını təklif edəcəyik. Hidrogenin iki əsas qaynağı var. Həm sudan alınır, həm də neftdən. Dünyanın qabaqcıl ölkələri bunun araşdırılması üçün milyardlarla dollarlıq büdcə ayırır”, – deyə IBF prezidenti vurğulayıb.

Twitter: @cingizsafarli

Teqlər: