Azərbaycan və Türkiyə münasibətləri yüksələn xətlə inkişaf
etməyə davam edir.
AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini
Sahib Məmmədov “Azərbaycan- Türkiyə İş Adamları” İctimai Birliyinin
Ümumi yığıncağında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın xarici ölkələrdə investisiya
qoyuluşu həcminə görə Türkiyə birinci yerdədir.
“Hazırda bu sərmayələrin həcmi 20 milyard dollardan çoxdur.
Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyan ölkələr
sırasında da Türkiyə birinci yerdədir. Görülən səmərəli tədbirlər
çərçivəsində ikitərəfli ticarət əlaqələri də inkişaf edib. 2021-ci
ildə ticarət dövriyyəmiz 12 faiz artaraq 4.9 milyard dollar təşkil
edib”, – deyə nazir müavini əlavə edib.