Azərbaycan və Türkiyə arasında imzalanan daha bir saziş qüvvəyə minib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında Saziş”i təsdiqləyib.

Trend bu barədə Türkiyənin “Resmi Gazete”sinə istinadən məlumat verir.

2020-ci il fevralın 25-də Bakıda imzalanan saziş bu gündən qüvvəyə minib.

Qeyd edək ki, sənəd Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönmez imzalayıb.

Teqlər: