Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

8 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici
işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici
işlər naziri Serqey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən (XİN) AzerTimes-a verilən məlumata görə, tərəflər
bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası
ilə bağlı məsələləri müzakirə ediblər.

Nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri
üzrə geniş fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı
vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə
edilib.

Teqlər: