Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi
parlament nümayəndə heyətinin Özbəkistan Respublikasına rəsmi
səfəri çərçivəsində aprelin 1-də Azərbaycan və Özbəkistanın
qanunverici orqanları arasında əməkdaşlıq haqqında saziş və 2022-ci
il üçün “Yol xəritəsi”nin imzalanması mərasimi keçirilib.
Trend xəbər verir ki, hər iki sənədi Azərbaycan tərəfdən Milli
Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfindən Ali Məclis
Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.
Qanunverici orqanların rəhbərləri bu sənədlərin parlamentlər
arasında əməkdaşlığın daha da dərinləşməsinə, qanun yaradıcılığında
təcrübə mübadiləsinin genişlənməsinə əsaslı töhfə verəcəyinə
inamlarını ifadə ediblər. Qeyd olunub ki, qanunverici orqanlar
arasında münasibətlərin inkişafı ölkələrimiz və xalqlarımız
arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır.