Azərbaycan və Latviya Müdafiə Nazirlikləri arasında əməkdaşlıq haqqında saziş təsdiqləndi

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya
Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində
əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman
imzalayıb.

Trend xəbər verir ki, fərmanda deyilir:

1. 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya
Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində
əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun
müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin
qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə
yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş
göndərsin.

Teqlər: