Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bunu israilli nazir Tvitterdə yazıb.
O bildirib ki, telefon danışığı zamanı Azərbaycanın İsraildə səfirliyinin açılması və səfirin təyin olunması məsələlərini müzakirə ediblər:
“Mən həmkarımı səfərə dəvət etdim. Biz iki ölkə arasında münasibətləri möhkəmləndirmək və əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik”.
C.Bayramov, həmçinin E.Koeni yeni təyinatı münasibətilə təbrik edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncam ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.