Azərbaycan və İran arasında yeni kommunikasiya yaradılması ilə bağlı Anlaşma Memorandumu imzalanınb (FOTO)

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar
sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu gün Bakıda
keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Respublikası
Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam
Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının
Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası
arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında
Anlaşma Memorandum imzalanınb.

AzerTimes xəbər verir ki,
memorandumu Azərbaycan tərəfindən baş nazirin müavini, komissiyanın
Azərbaycandan olan həmsədri Şahin Mustafayev, İran tərəfindən isə
İranın yol və şəhərsalma naziri, komissiyanın iranlı həmsədri
Rüstəm Qasemi imzalayıb.

Teqlər: