Azərbaycan və İran arasında biznes-missiya təşkil ediləcək

Azərbaycan və İran arasında biznes-missiya təşkil ediləcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycanın İrandakı səfiri
Əli Əlizadənin Təbriz Ticarət Palatasının üzvləri ilə görüşündə
bildirilib.

Birgə hökumətlərarası iqtisadi komissiyanın iclasından əvvəl
Azərbaycan və İran iki ölkənin mövcud potensialı ilə tanış olmağı
planlaşdırırlar.


İranın sənaye sahibləri və nümayəndələrindən təxminən 15 nəfərin
Azərbaycana, Azərbaycandan da 15 nəfərin İrana səfər edəcəyi qərara
alınıb.