Rusiyanın “Azimut” aviaşirkəti Həştərxan-Bakı marşrutu ilə
həftədə dörd dəfə uçuşlar həyata keçirməyə hazırdır.
Trend-in
məlumatına görə, bunu vilayətin qubernatoru İqor Babuşkin öz “Telegram” kanalında yazıb.
Qubernator həmçinin qeyd edib ki, Bakıya səfəri çərçivəsində
regionlararası əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə
olunub.
“Biz Azərbaycanın Abşeron rayonu ilə sazişin imzalanmasında
maraqlıyıq. Bizim regionlarımızın çox ortaq cəhəti var: biz kənd
təsərrüfatını inkişaf etdiririk, kənd təsərrüfatı xammalının
emalını həyata keçiririr və fəal şəkildə əməkdaşlığa hazırıq.
Əminəm ki, regional səviyyədə birbaşa təmasların qurulması bizim
üçün yeni perspektivlər açır”, – qubernator yazıb.
(Tərcümə: Orxan Nəbiyev)