Azərbaycan və Fransa Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini müzakirə edib

Azərbaycan və Fransa Cənub Qaz Dəhlizinin genişləndirilməsi
məsələsini müzakirə edib.

Trend-in
məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov öz “Twitter” səhifəsində yazıb.

“Fransanın Avropa və Xarici İşlər Nazirliyinin nümayəndələri və “ENGIE”nin vitse-prezidenti Didye Ollo ilə Cənub Qaz Dəhlizinin
genişləndirilməsi və Avropaya “yaşıl” enerjinin ixracı üzrə
əməkdaşlığı müzakirə etdik”, – nazir bildirib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi ilə Azərbaycan qazının Avropaua
nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Cənub Qaz Dəhlizinin
Avropa hissəsi TAP vasitəsilə İtaliyaya illik 8 milyard, Yunanıstan
və Bolqarıstana hərəyə 1 milyard kubmetr qaz nəql olunacaq.

Bu günədək Avropaya TAP vasitəsilə nəql olunan Azərbaycan
qazının həcmi 10,9 milyard kubmetrə çatıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: